Azərbaycan Premyer Liqasının 2023-2024 mövsümündə oyunların ikinci hissəsinin bütün dəqiqələrində qol vurulub.

Futbolinfo.az saytının məlumatına görə, son olaraq 24-cü turun “Turan Tovuz” – “Neftçi” görüşündə 45 dəqiqəlik “plan dolub”.

Bu tura qədər baş tutan 114 matçın heç birində komandalar 89-cu dəqiqədə fərqlənə bilməmişdilər. Nəhayət, Tovuz şəhər stadionunda təşkil olunan görüşün həmin dəqiqəsində Fərid Nəbiyev meydan sahiblərini məğlubiyyətdən qurtaran qola imza atıb – 1:1.

24-cü turdakı 5 qarşılaşmada qeydə alınan 12 qoldan 9-u fasilələrdən sonra vurulub. Ümumiyyətlə, cari mövsüm keçirilən 119 oyunda qapılara 294 qol vurulub. Bunun 130-u birinci, 164-ü ikinci hissələrə təsadüf edib.

Shares: