Xuan Laporta Xavinin “Barselona”nın baş məşqçisi postunda qalmasını istəyir.

Xatırladaq ki, mütəxəssis mövsümün sonunda komandadan gedəcəyini elan edib. İspaniya mıtbuatının məlumatına görə, prezident rəsmi şəkildə olmasa da, Xaviyə qalmasını istədiyini bildirib.

Klubun vitse-prezidenti Rafa Yuste də Xavinin qalmağının tərəfdarıdır. Onların hər ikisi mütəxəssisin fikrini dəyişdirəcəyindən məmnun qalacaqlarını bildiriblər.

Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin işindən razıdır. Onlar futbolçuların Xaviyə bağlılığından da xəbərdardırlar.

Bəzi məlumatlara görə, “Barsa”nın təklif göndərdiyi bəzi mütəxəssislər rədd cavabı verib.

Shares: