Milli Hokkey Liqasında müntəzəm çempionat başa çatıb. Rusiyalı Nikita Kuçerov çempionatın ən məhsuldar oyunçusu olub. Onun aktivində 144 xal (44 qol+100 ötürmə) var.
Bombardirlər yarışında ikinci yeri Neten Makkinon tutub. “Kolorado Evelanş”ın forvardı 140 xal (51+89) yığıb. 100 dəfə məsuldar ötürmə edən digər hokkeyçi Konnor Makdevid 132 (32+100) xalla üçüncü olub.
Xatırladaq ki, “Tamba Bey Laytninq”in 30 yaşlı hokkeyçisi karyerasında ikinci dəfə “Art Ross Trofi”ni qazanır.
Tarixdə ən çox bombardir olan əfsanəvi Veyn Qretskidir (10 dəfə).