Almaniya yığmasının baş məşqçisi Qordon Herbert Parisdə keçiriləcək Olimpiya Oyunlarından sonra postunu tərk edəcək. Bu barədə Almaniya Milli Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

2025-ci ilə qədər olan müqaviləyə bu il avqustun 31-də xitam veriləcək. Herbert klub səviyyəsində işləmək arzusunu bildirib.

“Çox yaxşı başa düşürük ki, Olimpiya Oyunlarından sonra Qordon özünü başqa yerdə sınamaq istəyir və ona bu işdə mane olmayacağıq.

Qordonu tanıyan hər kəs bilir ki, o komandanı Olimpiya Oyunlarına tam fədakarlıqla hazırlayacaq. Sonda daha bir xoş nida işarəsi qoysaq, çox yaxşı olar”, – deyə Almaniya Basketbol Federasiyasının prezidenti İnqo Vays bildirib.

Xatırladaq ki, Herbertin rəhbərliyi altında Almaniya millisi sensasiya edərək dünya çempionu olub.

Shares: