“Barselona”da vəziyyət dəyişib. Xavi Ernandesin baş məşqçi postunda qalması üçün xeyli çalışan prezident Xuan Laporta indi onu razı salmasına peşman olub.
Futbolinfo.az xəbər verir ki, Laporta çalışdırıcının son açıqlamalarından əsəbləşib. Xavi klubun maliyyə durumu haqda narazı açıqlamalar verib, eyni zamanda gənc Vitor Rokeni tənqid edib. O, komandaya böyük ümidlərlə gətirilən futbolçunun heç də çox yaxşı futbolçu olmadığını deyib. Xavinin bu sözləri Laporta ilə münasibətlərin gərginləşməsinə səbəb olub.
Hazırda klub daxilində məsləhətləşmələr aparılır və baş məşqçi ilə yolların ayrılması mümkündür. Prezident baş məşqçi postunu əvəzedicilərin çalışdırıcısı Rafael Markesə tapşırmaq niyyətindədir.