“Everton” Armando Broyanı heyətinə qatmaq istəyir. Liverpul klubu tezliklə “Çelsi”nin qapısını döyəcək.
Futbolinfo.az xəbər verir ki, “zadəganlar” yetirməsini satmaqda maraqlıdır. Premyer Liqada ciddi nəzarət edilən maliyyə feyr-pleyində problem yaşamamaq üçün londonluların başqa yolu yoxdur. “Everton” da bu fürsətdən yararlanmaq niyyətindədir.
Lakin iki klubun maliyyə məsələsində anlaşması çətin görünür. “Everton” 30 milyon avro təklif edir, futbolçu ilə 2028-ci ilin yayınadək müqaviləsi olan “Çelsi” isə daha artığını istəyir.
Albaniya millisinin 22 yaşlı üzvü London klubunda daim oynamaq şansı qazanmır. Hücumçu müxtəlif vaxtlarda “Vitess”, “Sauthempton” və “Fulhem”də icarədə olub. Son 6 ayı keçirdiyi “Fulhem” də Broyanı birdəfəlik transfer etməkdə maraqlıdır.