ABŞ millisinin üzvü Kevin Dürant bu gün Olimpiya Oyunları öncəsi Kanada ilə baş tutacaq yoldaşlıq görüşündən kənarda qalmaq məcburiyyətindədir. Bu barədə “Sports Illustrated” portalı məlumat yayıb.

Böyük ehtimalla Dürant, baldır əzələsinin dartılması səbəbindən matçı buraxacaq. “The Athletic” nəşrinin tanınmış insayderi Şams Çaraniyanın yazdığına görə, Dürant təxminən bir həftə məşq və oyunlarda iştirak etməyəcək.

Olimpiya Oyunları çərçivəsində basketbol turniri iyulun 27-dən avqustun 10-dək keçiriləcək. ABŞ yığması Cənubi Sudan, Serbiya və Puerto-Riko milliləri ilə bir qrupda oynayacaq.

Xatırladaq ki, Tokioda keçirilən son oyunlarda ABŞ komandası fransızlara qalib gələək çempion olub.

Shares: