Kənan Yıldızı heyətində saxlayan “Yuventus”, daha bir türk futbolçunu istəyir. İtaliya klubu Berkay Yılmazla maraqlanır.
Futbolinfo.az xəbər verir ki, 19 yaşlı sol cinah oyunçusu yaşıdları arasında keçirilə qitə çempionatında diqqət çəkib. Turinlilər istedadlı oyunçunu transfer edərək başqa kluba müvəqqəti icarəyə vermək niyyətindədir.
Amma “Frayburq” bu ildən əsas komandya yüksələn yetirməsini satmaq istəmir. Futbolçuya əla şərtləri olan yeni müqavilə təklif edilib. Berkay gələn yay bitəcək anlaşmasını yeniləməsə, Almaniya klubu onu satmalı olacaq. “Yuventus” da bu fürsətdən yararlanmaq istəyir.