Azərbaycanın FIFA referiləri Kamal Umudlu və Fəridə Lütfəliyeva İsveçrənin Nyon şəhərində təşkil olunacaq CORE Beynəlxalq Konsolidasiya Kursunda iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir sentyabrın 3-dən 6-dək baş tutacaq.