İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Erik ten Haq antirekordla yadda qalıb.
Futbolinfo.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın Premyer Liqanın 3-cü turunda “Liverpul”a uduzması (0:3) sayəsində gerçəkləşib.
Komanda çempionatdakı ilk üç qarşılaşmanın ikisindən məğlub ayrılıb. Mançester təmsilçisi 2022/2023 mövsümündə də eyni halla üzləşib.
Niderlandlı mütəxəssis klub tarixində iki mövsümdə bu aqibəti yaşayan yeganə baş məşqçidir.
“Mançester Yunayted” cari mövsümdə “Brayton”a da uduzub – 1:2. Komanda ilk turda “Fulhem”ə qalib gəlmişdi – 1:0.