Müasir texnologiyalar insanlar üçün yeni imkanlar açır: bu gün siz ixtisaslaşdırılmış laboratoriyada DNT testi keçirə və təkcə atletik xüsusiyyətlərinizi deyil, həm də ümumi istedadınızı və sağlamlıq potensialınızı öyrənə bilərsiniz.

Əlbəttə ki, irsiyyət yalnız imkanlar toplusudur, bu, mütləq çempion olacağınıza və yüksək nailiyyətlərə zəmanət vermir. Ancaq düzgün motivasiya və zəhmət genetik imkanların lazımi nəticələrə çatmasına kömək edəcəkdir.

İdman genetikasının məqsədləri

Hər şeydən əvvəl bu, tibb, qidalanma və genetikanın elmi institutudur. Texnologiyanın inkişafı və genetika sahəsində kəşflərin artması ilə DNT testi idmançılara əhəmiyyətli faydalar verməyə başladı. Peşəkar idmanda hər hansı bir irəliləyiş və üstünlük, hətta əhəmiyyətsiz olsa da, idmançının nəticələrinə və karyerasına böyük təsir göstərə bilər.

a28c6297 7f2a 4785 8d23 7141488ec7fa - Futbolinfo.az

Əslində, genlər təkcə insanda göz rəngini, saçını, boyu, maddələr mübadiləsini deyil, həm də digər fiziki xüsusiyyətləri müəyyən edir: çeviklik, elastiklik, güc, intellektual qabiliyyətlər və hətta xarakter. Bütün bunlar idman sahəsində qazanıla biləcək uğurda önəmli rol oynayır.

Peşəkar idmançılar üçün DNT testləri

İdmançılar üçün genetik testlər bir sıra səbəblərə görə faydalı ola bilər:

– Yüklənmə cədvəlini və məşq intensivliyini daha ətraflı şəkildə qurmağa kömək edəcək;

– Dözümlülük, güc və ya çevikliyə nə qədər meylli olmanı müəyyən edəcək;

– Fərdi pəhriz qurmağa, həmçinin orqanizmə hansı multivitaminlərin faydalı olduğunu tapmaqda yardım edəcək;

170450b6 b1c0 4d57 8089 27f704eb4be5 - Futbolinfo.az

– Hansı xəstəliklərdən və xəsarətlərdən ən çox ehtiyat etmənizi və hansı növ profilaktikanı həyata keçirməli olduğunuzu müəyyənləşdirəcək.

Fitnes üçün DNT testləri

Fitnes üçün DNT testinin faydaları bir çox cəhətdən idmanın hansı sahəsinə meylli olmanın yoxlanılmasına bənzəyir. Lakin burada qidalanmaya daha çox diqqət yetirilir.

Hansı məhsullardan tamamilə imtina etməlisiniz və onları nə ilə əvəz etməlisiniz? Hansı məşqlər formada qalmağa və ya onu əldə etməyə kömək edəcək? Hansı fiziki forma genetik olaraq idmançıya ən uyğundur və sağlamlığa zərər verməyəcək?

DNT testi bunu və digər məqamları öyrənməyə kömək edəcək.

(davamı olacaq)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: