Ronald Arauxo “Barselona”dan ayrılmağa qərar verib. Təcrübəli mərkəz müdafiəçisi elə bu ay başqa kluba keçmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, 2020-ci ildən İspaniya klubunda çıxış edən uruqvaylı rəhbərlikdən təcili satılmasını istəyib. Gələn mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyəcəyini bildirən Ronald İngiltərəyə yollanmaq arzusundadır. 55 milyon avro dəyəri olan 25 yaşlı futbolçu Premyer Liqadan təkliflər alıb.
Arauxonun getmək istəməsinin səbəbi həm də zədələrdən sonra heyətdəki yerini itirmək qorxusudur. Pau Kubarsinin inkişafı, İniqo Martinesin inamlı çıxışı bir yana Conatan Tanın da “Bayer”dən transfer edilməsi ilə Ronald kənarda qalacağından ehtiyatlanır.