İspaniyanın “Sevilya” klubu 2025-ci ildə ilk transferini gerçəkləşdirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniyanın “Auqsburq” klubundan Ruben Varqas heyətə cəlb olunub.
26 yaşlı vingerlə 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Ruben Varqas 2019-cu ildən Bundesliqa təmsilçisinin formasını geyinib. “Sevilya” daha əvvəl “Qarabağ”ın futbolçusu Olavio Juninyonu heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb.