Hokkey üzrə 1972-ci ilin dünya çempionu çexiyalı Vatslav Nedomanski rus xalqına münasibətindən və sovet hokkeyçiləri ilə ünsiyyətindən danışıb.
“Məncə, bəzi dahi yazıçılar və bəstəkarlar istisna olmaqla, ruslar primitiv xalqdır. Bu həmişə, xüsusən də 1918-ci ildən sonra belə olub. Rejim öz xalqının milyonlarla insanını öldürüb. İnsan həyatına hörmət olmayıb.
Mən sovet hokkeyçilərinə qarşı oynayanda onların yalnız bir qismi mənəvi cəhətdən lazımi səviyyədə idi. Bəzi oyunçularımız onlarla dost idilər, onlara baş çəkdilər. Amma mən heç vaxt onlarla ünsiyyətdə olmaq istəmədim”, – deyə Nedomanski bildirib.