AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
Futbolinfo.az xəbər verir ki, U-16 Liqasında keçirilən “Mübariz” – “Dinamo” oyununda birincilərin heyətində protokolda adı qeyd edilməyən 4 oyunçu iştirak edib.
Bu, “Mübariz”in 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub.
Yüksək Qızlar liqasının “Qəbələ” – “Dirçəliş” görüşü isə baş tutmayıb. Çünki “Qəbələ” meydana çıxmayıb və ev sahibi kimi oyunu təşkil etməyib. Bu üzdən “Qəbələ”yə də 0:3 hesablı texniki məğlubiyyət verilib.