Tennis üzrə Avstraliya Açıq Çempionatında 3-cü mərhələnin oyunları davam edir.

İspaniyalı Karlos Alkaras Portuqaliyadan olan Borjesə 4 setdə (6:2, 6:4, 6:7, 6:2) qalib gəlib. Turnirin 2 nömrəsi Aleksandr Zverev də növbəti mərhələyə adlayıb. Almaniyalı idmançı Finlidən 3 setdə (6:3, 6:4, 6:4) üstün olub.

Turnirin 10 qat qalibi Novak Cokoviç də rahat qələbə qazanıb. Serbiyalı raketka ustası Çexiyadan olan Tomaş Maxaçı məğlubiyyətə uğradıb – 6:1, 6:4, 6:4.

Qadınların yarışında əsas favorit olan Arina Sabalenka çətinlik çəkmədən növbəti mərhələyə adlayıb. O, Tousonu iki setdə məğlub edib. İspaniyalı Badosa Ukraynadan olan Kostyuk üzərində qələbə qazanıb.

Shares: