Ben Çiluell tezliklə “Çelsi”ni tərk edəcək. Adının dəfərlərlə müxtəlif klublarla hallanmasına baxmayaraq “zadəganlar”da qalan cinah müdafiəçisi, nəhayət, gedir.
Futbolinfo.az xəbər verir ki, bu mövsüm cəmi bir matçda oynamış Ben “Vest Hem”lə danışıqlar aparır. Amma transferin baş tutması üçün “Çelsi”nin güzəştə getməsi lazımdır. İngiltərə nəhənginin tələb etdiyi 25 milyon avro zədədən qayıtdıqdan sonra toparlana bilməyən oyunçu üçün real deyil.
Çiluellin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Ona “Napoli” və “Fənərbaxça” da maraq göstərir. Amma futbolçu İngiltərədə qalmaq istəyir və bu üzdən “Vest Hem”in təklifinə daha isti yanaşır.