Formula 1-də çıxış edən “Red Bull” komandası “Gate.io” kripto birjası ilə sponsorluq müqaviləsi bağlamağa yaxındır.

“Gate.io” sponsor kimi “Red Bull”da “Bybit”i əvəz edəcək. Komanda son 3 il ərzində sponsordan 150 milyon dollar almışdı. Komandanın “Bybit” ilə müqaviləsi 2024-cü ilin sonunda başa çatıb.

“Red Bull”un yeni sponsordan alacağı məbləğ hələlik açıqlanmayıb. Bu, “Gate.io”nun idmanda ilk təcrübəsi olmayacaq. Şirkət artıq Milanın “İnter” komandasının əsas tərəfdaşıdır.

Xatırladaq ki, bir müddət əvvəl “Red Bull” “Avatrade” broker platforması və video texnologiya şirkəti “Neat” ilə müqavilə imzaladığını açıqlamışdı.

Shares: