Elvin Camalov “Sabah”dan ayrılıb. Millimizin yarımmüdafiəçisi paytaxt klubu ilə müqaviləsinə xitam verib.
Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda müqaviləsi bitən oyunçunun məhz indi ayrılması üçün qarşılıqlı razılıq olub. Elvin baş məşqçi Vasili Berezutskinin ona etimad göstərməməsindən narazı olduğu üçün ayrılıq reallaşıb.
29 yaşlı “Qəbələ” yetirməsi “Sabah”a 2021-ci ildə “Zirə”dən keçmişdi. Camalov indi də “Neftçi”yə yollanır. “Sabah”dan gedişi rəsmiləşən kimi “ağ-qaralar” onun transferini bəyan edəcək.