“Philadelphia Eagles” və “Kansas City Chiefs” arasında baş tutan “Superboul” matçı (40:22) baxış sayına görə NFL çempionatı finallarının rekordunu qırıb. “Fox” televiziya şəbəkəsinin məlumatına görə, 2025-ci ildə NFL-in final oyununun ümumi tamaşaçı auditoriyası 126 milyon nəfər olub.
Matçın fasiləsində məşhur amerikalı reper Kendrik Lamar çıxış edib.
Əlavə edək ki, “Philadelphia Eagles” tarixində ikinci dəfə çempion olub. Pensilvaniya klubu ilk dəfə 2017-ci çempionluq kubokunu qazanmışdı.