Ciddi dəyişikliklər ərəfəsində olan “Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər. Ağdamlılar mövsümün sonunda müqaviləsi bitəcək Marko Veşoviçə yeni anlaşma təklif etməyəcək.
Futbolinfo.az xəbər verir ki, mövsümün böyük hissəsini zədə üzündən boşa verən monteneqrolunun durumu məşqçilər heyətini narahat edir. Avqustda 34 yaşını tamam edəcək oyunçunun həm zədəyə meylliliyi, həm də yaşı onunla yola davam etməməyə səbəbdir. Daha yaxşı sağ cinah müdafiəçisi axtaran “Qarabağ” yekun qərarı mövsüm bitincə verəcək.
Xatırladaq ki, Marko “Qarabağ”a 2021-ci ilin yayında azad agent kimi gəlib. O, Varşava “Legiya”sından Azərbaycana üz tutub.






