ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

Meksika və Kanada yığmalarından sonra sonuncu meydan sahibi ABŞ millisi də bu gün ilk oyununa çıxacaq. Sözügedən komanda Paraqvay yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Günün digər oyunu Qətər və İsveçrə yığmaları arasına baş tutacaq. Bu oyuna saat 23:00-da start veriləcək.

Dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026

D qrupu
05:00. ABŞ – Paraqvay

B qrupu
23:00. Qətər – İsveçrə

Shares: