Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur. Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.

Shares: