“Araz-Naxçıvan”la müqaviləsini yeniləməyən Bəxtiyar Həsənalızadə “İmişli”də çıxış edəcək.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu futbolçuya rəsmi təklif göndərib.

Tərəflərin münasibətləri yaxın günlərdə rəsmiləşdirəcəyi gözlənilir. Həsənalızadə 2 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm “Araz-Naxçıvan”ən heyətində 21 oyun keçirib və 1 qol vurub.

Shares: