Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni transfer olunduğu “Bursaspor” klubu Türkiyə I Liqasının yeni mövsümündə bəzi oyunları azarkeşsiz keçirə bilər.

Futbolinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı klublara sorğu göndərib.

Belə ki, federasiya təhlükəsizlik məsələlərini nəzərə alaraq, bursalıların “Vanspor”, “Batman Petrolspor” və “Mardinspor”la matçlarının boş tribunalar önündə keçirilməsinin tərəfdarıdır. Qurum bununla bağlı püşkatma öncəsi klublara rəsmi müraciət ünvanlayıb. Əgər razılıq əldə olunsa, “Bursaspor” adıçəkilən klublarla matçlarını azarkeşsiz keçirməli olacaq.

Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Shares: