DÇ-2026-nın ilk turunda baş tutan oyunlardan sonra komandaların baş məşqçiləri açıqlama verib. A qrupunda mübarizə aparan yığmaların çalışdırıcıları, fərqli nəticələrə rəğmən, razıdır.
Xavyer Aqirre (Meksika): “Qələbə qazanmaq hər zaman gözəldir. Lakin etiraf etmək lazımdırsa, ilk yarıdakı çıxışımızı bəyənmədim. Bununla belə, qalibiyyət bizimdir. Növbəti matçlara baxacağıq”.
Hüqo Bros (CAR): “Məncə, komandam pis çıxış etmədi. Bəzi epizodlarda Meksikaya oynamaq imkanı vermədik. Onlar boşluq tapa bilmirdilər. Belə olduqda hər şey yaxşı gedirdi. Növbəti qarşılaşmaya daha ciddi hazırlaşacağıq. Topu özümüzdə daha çox saxlamalıyıq. Bunun üzərində daha çox çalışacağıq”.
Hon Myonq-bo (Cənubi Koreya): “Bu bizim ilk oyunumuz idi və həqiqətən çox çətin keçdi. Qələbənin özü məni sevindirir. Amma bundan da önəmlisi odur ki, futbolçularımız geri düşdükləri vəziyyətdə təslim olmadılar və qələbə qazandılar. Komandamızın qalib gəlmək gücündə olduğuna əmin idim. Hesab 1:1 olarkən futbolçulara dedim ki, hər zaman oynadığınız kimi oynayın”.
Miroslav Koubek (Çexiya): “Hər iki komanda öz oyun üslubuna sadiq qaldı. Bizim də güclü tərəflərimiz və yaxşı oyun epizodlarımız oldu. Rəqib komanda hava toplarındakı çıxışımız qarşısında çətinlik çəkirdi. Ancaq futbol keyfiyyəti və texniki ustalıq baxımından onlar daha üstün idilər”.
Qeyd edək ki, Cənubi Koreya – Çexiya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meeksika isə CAR-ı 2 cavabsız qolla üstələyib.






