San Marino ilə yoldaşlıq oyunu Azərbaycan millisinin 3 futbolçusu üçün əlamətdar olub.

Futbolinfo.az saytının məlumatına görə, Renat Dadaşov, Nəriman Axundzadə və Cəlal Hüseynov yubileylə yadda qalıblar.

Komandamıza qələbə gətirən qola imza atan Dadaşov millinin heyətində ümumi oyun sayını 45-ə çatdırıb. Hücumçu bu matçlarda 7 dəfə fərqlənib.

Start heyətində meydana çıxan Cəlal Hüseynov 10-cu, son 15 dəqiqədə mübarizəyə qoşulan Nəriman Axundzadə 15-ci qarşılaşmasını keçirib.

Qeyd edək ki, millimiz Macarıstanda keçirilən matçda 2:1 hesablı qələbə qazanıb.

Shares: