ABŞ-li qaçışçı Ja’Kobe Tarp tələbələr arasında keçirilən yarışda 110 metr məsafəyə maneələrlə qaçış üzrə dünya rekordu müəyyənləşdirib.
20 yaşlı idmançı National Collegiate Athletic Association (NCAA) tərəfindən təşkil olunan yarışda məsafəni 12,75 saniyəyə qət edib.
Beləliklə, Tarp bu növdə əvvəlki dünya rekordunu yeniləyib. Əvvəlki rekord 2012-ci ilin sentyabrından etibarən amerikalı Aries Merritta məxsus idi. Merritt həmin vaxt 110 metr məsafəni 12,80 saniyəyə qət etmişdi.
Qeyd edək ki, Ja’Kobe Tarp 2024-cü ildə gənclər arasında dünya çempionatının qalibi olub.






