Bu il iyunun 29-dan iyulun 12-dək Londonda keçiriləcək Uimbldon tennis turnirinin mükafat fondu ötən illə müqayisədə 20 faiz artırılıb.
Turnirin mətbuat xidmətinin yaydığı məlumata görə, 2026-cı ildə ümumi mükafat fondu 64,2 milyon funt sterlinq təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, ötən il bu rəqəm 53,5 milyon funt sterlinq olub. Yarışın kişi və qadınların şəxsi yarışlarında qalib gələn tennisçilərin hər biri 3,6 milyon funt sterlinq qazanacaq. Finalçılara isə 1,8 milyon funt sterlinq ödəniləcək.
Xatırladaq ki, bu ilin yazında aparıcı tennisçilər “Böyük Dəbilqə” turnirlərində mükafat fondunun artırılmasını tələb etmiş, hətta yarışları boykot edə biləcəkləri ilə bağlı xəbərdarlıq etmişdilər. Hazırda Uimbldonun kişilərin şəxsi yarışında son çempionu dünya reytinqinin lideri olan italiyalı Yannik Sinnerdır. Qadınların yarışında isə ötən ilin qalibi, hazırda WTA reytinqində üçüncü pillədə qərarlaşan polşalı İqa Şvöntekdir.






