“Qarabağ” futbolçusu Pedro Bikalyo ilə müqavilə müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə imzalayıb.

Razılaşmaya əsasən, Pedro Bikalyo 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2025-ci ildən “Qarabağ”ın formasını geyinən 24 yaşlı futbolçu 51 oyun keçirib və 1 qola imza atıb.

Xatırladaq ki, Bikalyonun “Qarabağ”la yeni müqavilə imzladığı barədə xəbəri “Futbolinfo.az” bir neçə öncə yaymışdı.

Shares: