Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırmaq qərarına gəlib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əməl etmədiyinə görə qurumun bu cəza ilə üzləşdiyi bildirilib.

CAS qərarında göstərilən tələblər iyunun 9-dək yerinə yetirilməyib. Məhkəmənin qərarına əsasən, Rusiya tərəfi Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində, eləcə də Krımda bütün fəaliyyətini 90 gün ərzində dayandırmalı idi.

CAS-ın qərarının icrasını qiymətləndirmək və FIDE Nizamnaməsinə uyğun qərarlar qəbul etmək üçün iyunun 17-də beynəlxalq təşkilatın Şurasının iclası planlaşdırılır.

Shares: