“Real” Qonsalo Qarsiyanın gələcəyi ilə bağlı yekun qərar verməyib. Madridlilərin yetirməsini satmayacağı dəqiqdir, amma onun icarəyə verilməsi və ya heyətdə saxlanılması qətiləşdirilməyib.
Futbolinfo.az xəbər verir ki, yekun sözü İspaniya nəhənginin yeni baş məşqçisi Joze Mourinyo deyəcək. O, hücumçunu yoxladıqdan sonra qərarını verəcək.
Hazırda Qarsiyanın müxtəlif səviyyəli klublardan 5 real təklifi var. Onların bəziləri forvardı almaq, digərləri isə icarəyə götürmək istəyir.
22 yaşlı oyunçunun “Real”la 2030-cu ilin yayınadək müqaviləsi var. Hücumçunun hazırkı dəyəri 30 milyon avrodur.






