Bu gün futbol üzrə 23-cü dünya çempionatı start götürüb.

Futbolinfo.az xəbər verir ki, açılış oyunu bu gün A qrupunda Meksika ilə CAR yığmaları arasında keçirilib.

Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteka” stadionunda keçirilən oyunda qapılara 2 qol vurulub, həmçinin 3 qırmızı vərəqə qeydə alınıb. Qələbəni isə meksikalılar bayram ediblər.

DÇ-2026
A qrupu

Meksika – CAR – 2:0
Qollar: Xulian Kinyones, 9, Raul Ximenes, 67.
Qırmızı vərəqələr: Sezar Montes, 90+2 – Yaya Sizole, 49. Zemba Zvane, 84.
Baş hakim: Vilton Sampayo (Braziliya).

Shares: