Məşhur tennisçilər futbol üzrə dünya çempionatını kimin qazanmasını istədikləri və əslində favorit hansı komandanı gördükləri sualına cavab veriblər. Sorğu “Tennis TV”-nin sosial media hesabı tərəfindən aparılıb.
Tennisçilərin 2026-cı il Dünya Çempionatının qalibi üçün proqnozları:
Novak Cokoviç: “Portuqaliya və Meksika arasında final. Portuqaliya 2:0 və ya 2:1 hesabı ilə qalib gələcək”.
Joao Fonseka: “Mən Braziliyanın çempion olmasını istəyirəm və bu, belə də olacaq”.
Cek Dreyper: “Futbol evinə qayıdır”.
Qael Monfils: “Fransa”.
Ben Şelton: “ABŞ”.
Artur Fiss: “Mən Fransanın qalib gəlməsini istəyirəm. Düşünürəm ki, çempion ya Fransa, ya də Argentina olacaq”.
Qeyd etmək lazımdır ki, Novak Cokoviç istisna olmaqla, sorğuda iştirak edən bütün idmançılar öz ölkələrinin komandasını favorit kimi seçiblər.






