“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev Özbəkistan yığmasının dünya çempionatı üçün heyətinə salınacaq. Futbolinfo.az-ın məlumatına görə, buna səbəb onunla eyni mövqedə oynayan Caloliddin Maşaripovun zədələnməsidir.

Hazırda zədəsi ciddi olan futbolçunun heyətdən çıxarılacağı gözlənilir. Baş məşqçi Fabio Kannavaro isə belədə Umaraliyə şans verəcək.

Qeyd edək ki, Özbəkistan yığması ilk oyununu iyunun 18-də Kolumbiyaya qarşı keçirəcək.

Shares: