Formula 1 çempionatında çıxış edən “Red Bull” komandası Fransanın heyətində mundialda çıxış edən yarımmüdafiəçi Maykl Oliseni yada salaraq İngiltərə millisini lağa qoyub.
Komandanın rəsmi X sosial media hesabında belə bir yazı paylaşılıb: “Salam İngiltərə, Dünya Çempionatından əvvəl Olise üçün darıxmaq necə hissdir?”
Xatırladaq ki, ötən mövsüm Olise bütün yarışlarda 52 oyun keçirib, 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.






