Xulian Kalero İspaniyanın “Real Ovyedo” klubuna yeni baş məşqçi təyin olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

55 yaşlı mütəxəssis ispan təmsilçisi ilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Təcrübəli çalışdırıcı iyulun 6-da start götürəcək mövsümöncəsi təlim-məşq toplanışı ilə birlikdə komandadakı fəaliyyətinə start verəcək.

Xatırladaq ki, “Real Ovyedo” geridə qalan mövsümdə İspaniya La Liqasında cəmi 29 xal toplayaraq turnir cədvəlini 20-ci pillədə başa vurub və yüksək liqanı tərk edərək Sequndaya yuvarlanıb.

Shares: