Cənubi Koreya millisi dünya çempionatlarında Avropa komandaları üzərində ardıcıl 3-cü qələbəsini qazanıb.

Futbolinfo.az xarici mediaya istinadən xəbər verir ki, komanda bunu DÇ-2026-nın ilk turunda, Çexiya ilə matçda (2:1) reallaşdırıb.

Cənubi Koreya DÇ-2022-də Portuqaliyaya 2:1, DÇ-2018-də isə Almaniyaya 2:0 hesabı ilə qalib gəlib. Hər iki qarşılaşma qrup mərhələsində baş tutub.

Qeyd edək ki, hazırda Cənubi Koreya A qrupunda 3 xalla 2-ci pillədə qərarlaşıb. Asiya təmsilçisi iyunun 19-da Meksika yığması ilə qarşılaşacaq.

Shares: