“Kanada yığması Bosniya və Herseqovinaya qarşı keçirdiyi matçdan nəticə çıxarmalıdır”. Bunu Kanada millisinin baş məşqçisi Cesse Marş deyib.

O, Dünya Çempionatının ilk turunda bərabərə qaldıqları matçla bağlı danışıb: “Oyunda nəzarəti ələ aldığımızı hiss edirdik. Meydana əvəzetmədən daxil olan futbolçular də matçın gedişatını dəyişdi. İkinci su fasiləsi zamanı futbolçulara rəqibi sıxışdırdığımızı və təzyiqi bir qədər də artırmalı olduğumuzu dedim. İlk hissədən razı qalmadım. Aqressiv oynamırdıq. Fasilədən sonra bu barədə danışdıq və ikinci hissədə meydançaya çıxdığımız andan etibarən tamamilə fərqli komanda idik. Ancaq bugünkü oyundan düzgün nəticə çıxarmalıyıq. Mübarizəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, Kanada – Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Shares: