Avroliqa turnirin təsisçi klubları ilə iki günlük görüş keçirib. Bu görüş zamanı yarışda iştirak edən komandalarının sayının artırılması planı təqdim edilib.

Bu barədə “Eurohoops” məlumat yayıb. Bildirilir ki, hazırda iki genişləndirmə variantı nəzərdən keçirilir:

1) Avroliqaya iki yeni klub qoşulacaq və komandaların sayı 20-yə çatacaq, bu da dörd əlavə matç deməkdir (ümumilikdə planda adi mövsümdə 38 matç nəzərdə tutulur);

2) 20 komandanın hərəsində 10 olmaqla iki konfransı bölünməsi (bu ssenariyə görə təqvimdə 28 matç olacaq).

Avroliqaya qatıla biləcək komandalar haqda hələlik məlumat verilməyib. Mənbənin sözlərinə görə, iclas heç bir mühüm qərar qəbul edilmədən başa çatıb.

Shares: