UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Bu ada “Real”dan Vinisius Junior, “Feyenoord”dan İqor Paişao, Dortmund “Borussiya”sından Seru Qirassi və “Benfika”dan Vangelis Pavlidis namizəddir. Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.