“Böyük Dəbilqə” yarışlarının 22 qat qalibi, ispan tennisçi Rafael Nadal karyerasını başa vurduqdan sonra gördüyü işlərdən danışıb.

“Hazırda öz işlərimlə məşğulam. Məncə, bu, belə də olmalıdır. Həyatda məqsədlərin olması çox vacibdir. Əgər bunlar yoxdursa, cansıxıcı ola bilərsiniz. Mən nəyisə etməyə ehtiyacı olan insanam, belə halım xoşuma gəlir. Karyeramı yekunlaşdırmağımdan üç ay keçib, artıq buna uyğunlaşmışam. Mənə sevinc bəxş edən futbol oynamağa qayıtmışam.

Hələ ki, raketkanı əlimə götürməmişəm, mənə bir qədər vaxt lazımdır. Ayağım zədələndikdən sonra fiziki formam pisləşdi. Ritmi itirdim, yoxsa oynamağa davam edərdim”, – deyə Nadal qeyd edib.

Shares: