Kanadada hokkey üzrə “Dörd Millət Turniri”ndə qrup mərhələsinə yekun vurulub. Son turun oyunlarından sonra finalçılar müəyyənləşib.

Kanada millisi Finlandiya yığması üzərində qələbə qazanıb – 5:3. Bu qələbə onlara ikinci yeri tutmağa imkan verib.

Digər oyun isə əhəmiyyətsiz hala gəlib. İsveç ABŞ-ni 2:1 hesabı ilə məğlub etsə də, yalnız 3-cü yeri tutmaqla kifayətlənib.

Beləliklə də, finalda ABŞ və Kanada yığmaları qarşılaşacaq. Görüş fevralın 21-i Bakı vaxtı ilə gecə saat 5-də başlayacaq.

Shares: