Ağdamda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günününə həsr olunan alpaqut türk döyüş sənəti üzrə rayon birinciliyi keçirilib.
Ağdam Olimpiya İdman Kompleksində keçirilən yarışda ümumilikdə 60-dan çox idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində baş tutan yarış iki gün davam edib.
Sonda qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
BƏHRUZ MUSAYEV