Yevlaxda 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan minifutbol üzrə rayon turniri keçirilib. Yarış 12 və 13 yaşlı futbolçular arasında təşkil olunub.
6 komanda qalib adı uğrunda mübarizə aparıb və yarışın sonunda ilk üç yeri tutan komandalar müəyyənləşib.
I yer: “Ulduzordu” (Ağdaş)
II yer: “Ulduzlar” (Mingəçevir)
III yer: UGİM (Yevlax)
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən kubok, diplom və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV