AFFA İntizam Komitəsi II Liqada çıxış edən 2 komandanı cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, XIV turun iki oyunu baş tutmayıb ki, buna görə, texniki məğlubiyyət cəzası kəsilib.
“Şahdağ Qusar” – “Kür-Araz” oyunu “Kür-Araz”ın təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə keçirilmədiyi üçün adıçəkilən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib, eyni zamanda 400 manat cərimə kəsilib.
“Ağdaş” – “Şimal” matçı isə meydan sahibi vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmayıb. Bu, “Ağdaş”a 0:3 hesablı texniki məğlubiyyət verilməsinə və 250 manat cərimələnməsinə səbəb olub.