AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda 1-ci Liqanın 16-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Baku Sporting” – “Cəbrayıl” oyunu polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Baku Sporting” komandası 100 manat cərimə edilib.

“Baku Sporting” – “Cəbrayıl” oyununda “Baku Sporting” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilib.

“Baku Sporting” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Baku Sporting” komandasının 17 nömrəli futbolçusu Orxan Fərəcov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “Baku Sporting” komandası 300 manat cərimə edilib.

“Baku Sporting” – “Cəbrayıl” oyununun 87-ci dəqiqəsində “Cəbrayıl” komandasının 99 nömrəli futbolçusu Okan Təhməzli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “Cəbrayıl” komandası 300 manat cərimə edilib.

“Mingəçevir” – “Difai” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İmişli” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.

Shares: