Türkiyənin “Göztəpə” klubunun futbolçusu Entoni Dennis Azərbaycandan təklif alıb.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı nigeriyalı yarımmüdafiəçi Premyer Liqanın adı açıqlanmayan bir klubunun maraq dairəsinə düşüb. Lakin gənc futbolçunun ölkəmizə köçmək şansı az göstərilir. Çünki Dennisin daha böyük liqalardan təklifləri var.

Artıq Nigeriyanın əsas millisinə çağırılan orta sahə oyunçusu üçün Almaniyanın “Ştutqart” və İngiltərənin “Lids” klubları təklif göndərməyi planlaşdırır. Futbolçunun özü də mövsümün sonunda “böyük beşlik” ölkələrindən birinə yollanmağı hədəfləyir.

Qeyd edək ki, “Göztəpə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər olan dayaq yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 2 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.

Shares: