Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Baş tutan 4 matçdan sonra UEFA reytinqi açıqlanıb.
Lider İngiltərə günü xalsız və komandalarından birini itirməklə başa vurub. “Böyük beşliy”in digər təmsilçiləri – İspaniya, İtaliya, Almaniya və Fransa günü qazancla tamamlayıb.
Azərbaycanın mövqeyi dəyişməyib. Avropada təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Azərbaycan siyahıda 30-cudur.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 107,910 xalı var.