Amerika Birləşmiş Ştatlarında ilin ilk “Masters” turniri davam edir. İndian Velsdə 4-cü mərhələnin oyunlarına start verilib.
Rusiyalı Daniil Medvedev rahat şəkildə Tommi Pola qalib gəlib – 6:4, 6:0. Danimarkalı Holger Rune də oyununu qələbə ilə tamamlayıb. O, yunanıstanlı Stefanos Tsitsipasdan 6:4, 6:4 hesabları ilə üstün olub.
¼ finala vəsiqə qazanan digər tennisçi niderlandlı Taylon Qrikspur olub. Ən gərgin qarşılaşma 2 veteran arasında olub. Qriqor Dimitrov 3 setdə Qael Monfisə qalib gəlib. Bolqarıstanlı tennisçi tay-breyklər sayəsində rəqibini üstələyə bilib – 7:6, 4:6, 7:6.
Qadınların mübarizəsində Mirra Andreyeva Yelena Rıbakinanı məğlubiyyətə uğradıb – 6:1, 6:2. Reytinqin 2 nömrəsi İqa Şvyontek də ¼ final vəsiqəni təmin edib. O, Karolina Muxovaya qalib gəlib.